16:09 19-07-2020
news_image
469
FUTBOL

"Zirə"də köməkçiləri bilindi - Rəşad Sadıqovun

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqovun köməkçilərinin adına aydınlıq gəlib.

Apasport.az klubun feysbuk səhifəsinə istinadən xəbər verir ki, bundan sonra Borçe Xristov, Eltun Yaqublu və Nəriman Hüseynov da əsas komandanın məşqçilər korpusunda yer alacaq.

Rəşad Sadıqovla 3 illik müqavilə imzalayan qəsəbə təmsilçisi artıq Rəşad Əzizli, Şəhriyar Rəhimov, Ruslan Qurbanov, Tural Bayramlı, Klesio Bauk, Kərim Diniyev, Rəşad Eyubov və Sərtan Taşkını da heyətinə qatıb.