23:05 19-07-2020
news_image
231
FUTBOL

London derbisi - İngiltərə kubokunun finalında

İngiltərə kubokunda ikinci finalçı müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, yarımfinal mərhələsinin növbəti oyununda "Mançester Yunayted"lə "Çelsi" üz-üzə gəlib.

Londonda baş tutan qarşılaşmada rəqibinə qalib gələn "Çelsi" adını finala yazdırıb. London klubunun həlledici matçdakı rəqibi şəhərin digər təmsilçisi "Arsenal" olacaq.

Turnirin final qarşılaşması avqustun 1-də "Uembli" stadionunda keçiriləcək.

İngiltərə kuboku
Yarımfinal
19 iyul
"Mançester Yunayted" - "Çelsi" - 1:3

Fernandeş, 85 (pen.) - Jiru, 45+11; Munt, 46; Maquayr, 74 (avtoqol)