09:11 20-07-2020
news_image
1211
FUTBOL

Azərbaycandan təklif - portuqaliyalı futbolçuya

Portuqaliyanın "Pasuş de Ferreyra" klubunun yarımmüdafiəçisi Pedrinyo karyerasını Azərbaycanda davam etdirə bilər. 

Apasport.az saytının "A Bola" nəşrinə istinadən məlumatına görə, 28 yaşlı orta sahə oyunçusuna ölkəmizdən təklif var.

"Pasuş de Ferreyra" ilə müqavilə müddəti başa çatan futbolçu komandadan ayrılmaq fikrindədir. Portuqaliyalıya hazırda Kipr və Azərbaycandan cəlbedici təkliflərin olduğu bildirilib. Kiprdən "Anortosis"in onunla maraqlandığı yazılsa da, Azərbaycan klubunun adı açıqlanmayıb. Hətta Kipr təmsilçisinin ona yüksək məbləğdə maaş ödəməsinin inandırıcı olmadığı vurğulanıb.

Qeyd edək ki, 2016-cı ildən "Pasuş de Ferreyra"da çıxış edən Pedrinyo karyerası ərzində Portuqaliyanı tərk etməyib.