09:55 20-07-2020
news_image
436
FUTBOL

Daha bir futbolçu ayrıldı – “Qarabağ”dan

“Qarabağ”dan gedənlərin siyahısına daha bir ad əlavə olunub.

Apasport.az saytının məlumatına görə, Araz Abdullayev Ağdam klubundan ayrılıb.

Daha doğrusu, Azərbaycan çempionu 2018-ci ildə “Panionis”dən 2 il müddətinə icarəyə götürdüyü yarımmüdafiəçi ilə münasibətlərini uzatmaq istəməyib.

Qurban Qurbanov bu mövsüm 17 oyunda meydançaya çıxan, amma qol və məhsuldar ötürmələriylə yadda qalmayan millinin üzvünün xidmətinə maraq göstərməyib. Yunanıstan klubu ilə sözləşməsi qüvvədə düşən Araz hazırda sərbəst agentdir (sportinfo.az).

Qeyd edək ki, Azərbaycan çempionu Abdullayevdən öncə Nicat Mehbalıyev, Ailton Silva, Maqaye Qeye, Vaqner da Silva, Faysal Rerras, Nicat Süleymanov və Miçellə də yollarını ayırıb. Rəşad Sadıqov isə karyerasını başa vuraraq, məşqçiliyə başlayıb.