10:15 20-07-2020
news_image
478
FUTBOL

“Zirə”dən getdi – “Qarabağ”a

“Zirə” daha bir futbolçusu ilə yollarını ayırıb. 

Apasport.az saytının məlumatına görə, Rafael Məhərrəmli yeni mövsümdə Rəşad Sadıqovun çalışdıracağı komandada yer almayacaq. 

21 yaşlı müdafiəçi özü də sosial şəbəkə vasitəsilə qəsəbə təmsilçisinə təşəkkür edib. Müqavilə ilə "Qarabağ"a məxsus olan sağ cinah oyunçusunun “Zirə” ilə icarə müddəti başa çatıb. Rafael eyni zamanda Azərbaycanın U-21 millisinin üzvüdür.

Qeyd edək ki, "Zirə" yay fasiləsində Emil Balayev, Nicat Süleymanov, Tellur Mütəllimov, Anastasios Papazoğlu, Miloş Bakraç, Yovan Krneta, Orxan Sadıqlı, Alvaro Ampuero, Adrian Skarlatake, Cavid Hüseynov, Boyan Zoqoviç, Şafik Tiqrudca, Bəxtiyar Həsənalızadə, Mfo Kqasvane və Riçard Qadze ilə də yollarını ayırıb.