10:48 20-07-2020
news_image
130
FUTBOL

Zamora kubokunu qazandı - Kurtua

"Real"ın qapıçısı Tibo Kurtua Zamora kubokunun qalibi olub.

Apasport.az saytının məlumatına görə, belçikalı qolkiper La Liqanın başa çatan 2019/20 mövsümündə ən az qol buraxmaqla buna nail olub.

O, iştirak etdiyi 34 oyunda 20 qol buraxaraq, Yan Oblakla ("Atletiko") Unai Simonu ("Atletik") qabaqlayıb. Kurtua 18 matçda qapısını toxunulmaz saxlamağı bacarıb.

Qeyd edək ki, 87 xal toplayan "Real" La Liqanın çempionu olub.