11:59 20-07-2020
news_image
265
FUTBOL

"Azərbaycandan təkliflərim var" - İvitsa Juniç

"Qəbələ"dən ayrıldığım üçün yeni təklifləri nəzərdən keçirirəm".

Bunu apasport.az saytına "Qəbələ"dən ayrılan müdafiəçi İvitsa Juniç deyib.

"Qırmızı-qaralar"la müqavilə müddəti başa çatan və yeni sazişə razılıq verməyən xorvatiyalı karyerasını ölkəmizdə davam etdirə bilər. 32 yaşlı mərkəz müdafiəçisi Azərbaycandan təkliflər aldığını gizlətməyib: "Bəzi təkliflər almışam. Onlar arasında Azərbaycan klubları da var. Ancaq həmin komandaların adları sirr olaraq qalsın. Karyeram üçün ən yaxşı qərarı verməyə çalışacağam".

Juniç "Qəbələ"də keçirdiyi bir ili özü üçün uğurlu hesab edib: "İnsafla danışmalıyam. "Qəbələ"də çox yaxşı vaxt keçirdim. Azərbaycanda keçirdiyim bir ili karyeramda irəli atılmış addım sayıram. Premyer Liqanın səviyyəsi yüksəkdir. Azərbaycan çempionatında yaxşı futbolçular var. Bu üzdən yenidən ölkənizə qayıda bilərəm".

Qeyd edək ki, İvitsa Juniç Premyer Liqanın 2019/20 mövsümündə 17 matçda iştirak edib, 2 qola imza atıb.