13:15 20-07-2020
news_image
302
DİGƏR NÖVLƏR

Quliyevin rekordunu yenilədi - türkiyəli atlet

Azərbaycanlı atlet Ramil Quliyevə məxsus rekord yenilənib.

Apasport.az saytının məlumatına görə, onu Türkiyə millisinin digər idmançısı Sinan Örən geridə qoyub.

Paytaxt Ankarada start götürən Olimpiya Sınaq Yarışlarında Örən 300 metrlik məsafəni 32.46 saniyəyə qət edib və Quliyevin rekordunu (32.61) qabaqlayıb. Sinan Örən eyni zamanda 2020-ci ildə təşkil edilən bütün yarışların ən yaxşı 4-cü göstəricisinə imza atıb.

Qeyd edək ki, Olimpiya Sınaq Yarışlarına artıq yekun vurulub.