13:23 20-07-2020
news_image
162
FUTBOL

Daha 5 müqavilə - “Səbail”də

"Səbail"də daha 5 futbolçunun taleyinə aydınlıq gəlib.

Apasport.az saytının klubun mətbuat xidmətinə istinadən məlumatına görə, Bakı klubu 4 yerli və 1 əcnəbi oyunçu ilə yeni müqavilə bağlayıb.

Bunlar Orxan Qurbanlı, Bahadur Həziyev, Adil Nağıyev, Elçin Rəhimli və iranlı Peyman Keşavarzdır. Adıçəkilən oyunçularla 1 illik yeni saziş imzalanıb.

Qeyd edək ki, yay fasiləsində Məqsəd İsayevi transfer edən "Səbail" Fəhmin Muradbəyli, Ruslan Hacıyev, Eltun Yaqublu, Şəhriyar Rəhimov, Maykl Essyen və Eriko da Silva ilə yollarını ayırıb.