14:03 20-07-2020
news_image
122
FUTBOL

Premyer Liqa klubunda istefa - baş məşqçi vidalaşdı

Rusiya klubu "Ural"da baş məşqçi istefası reallaşıb.

Apasport.az saytının məlumatına görə, Dmitri Parfyonov Premyer Liqa təmsilçisi ilə vidalaşıb.

Rusiya kubokunun yarımfinalında "Ximki" ilə keçirilən matçdan sonra 46 yaşlı mütəxəssis vəzifəsindən ayrılıb. Komandasının 1:3 hesablı məğlubiyyətindən sonra Parfyonov sosial şəbəkə vasitəsilə vida mesajı yayımlayıb.

Qeyd edək ki, "Ural" Premyer Liqada sona 1 tur qalmış 35 xalla 11-ci pillədə qərarlaşır.