14:40 20-07-2020
news_image
3156
FUTBOL

Klublarımıza təklif edildi – ayı 10 minə

Norveçin aşağı yaş qrupu üzrə yığma komandalarının sabiq futbolçusu Muhamed Keyta karyerasını Azərbaycanda davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, 30 yaşlı vinger klublarımıza təklif olunub.

Son olaraq Səudiyyə Ərəbistanının "Ohod" klubunun formasını geyinən Qambiya əsilli oyunçunun müqavilə müddəti başa çatdığından, hazırda azad agent statusu daşıyır. Menecerlər tərəfindən təklif olunan Keyta ilə danışıqlar hazırda davam etdirilir.

Yeganə problem "Stromsqodset"in yetirməsinin ayına 10 min dollar maaş tələb etməsidir. Futbolçu məvacibdə endirimə gedəcəyi təqdirdə, onun ölkəmizə yollanması istisna deyil.

Qeyd edək ki, hücumun mərkəzində və cinahlarında oynamağı bacaran Muhamed Keyta karyerası ərzində "Stromsqodset"lə yanaşı, "Lex", "Stabek", "Valerenqa", "Nyu York Red Bulls" və "Ohod" klublarının formasını geyinib.