15:14 20-07-2020
news_image
218
FUTBOL

"Trabzonspor"un hücumçusunu alır - "Napoli"

"Trabzonspor"un hücumçusu Aleksander Sorlot İtaliyaya köçə bilər.

Apasport.az saytının məlumatına görə, "Napoli" 25 yaşlı forvardın xidmətində maraqlıdır.

İcarə əsasında "bordo-mavililər"də çıxış edən Norveç millisinin üzvü müqavilə ilə "Kristal Pelas"a məxsusdur. Neapol təmsilçisi bu transfer müqabilində Premyer Liqa klubu ilə danışıqlara start verib. "Napoli" Sorlotun keçidi üçün 25 milyon funt-sterlinq ödəməyə hazırdır. Bu isə onun "Trabzonspor"dan ayrılacağı anlamına gəlir.

Qeyd edək ki, Aleksander Sorlot cari mövsüm Super Liqada 23 qolla bombardirlər yarışına başçılıq edir.