16:43 20-07-2020
news_image
325
DİGƏR NÖVLƏR

Ukraynada birinci oldu – Azərbaycan idmançısı

Azərbaycanın triatlonçusu Rostislav Pevtsov növbəti uğurunu qazanıb. 

Triatlon Federasiyasından apasport.az saytına verilən məlumata görə, idmançı açıq Ukrayna çempionatının qalibi adına yiyələnib.

O, Olimpiya məsafəsi üzrə keçirilən yarışda bütün rəqiblərini qabaqlayıb və finiş xəttini birinci keçib.

Qeyd edək ki, Pevtsov bir neçə həftə öncə sprint üzrə açıq Ukrayna çempionatında ikinci olmuşdu.