17:15 20-07-2020
news_image
371
FUTBOL

Baş məşqçisini yola saldı - Qurban Qurbanovu istəyən komanda

Türkiyə Super Liqasına vəsiqə qazanan "Hatayspor"da ayrılıq baş verib.

Apasport.az saytının məlumatına görə, klub baş məşqçisi Mehmet Altıparmakla sağollaşıb. 

Komandanı növbəti mövsüm Super Liqada kimin çalışdıracağı hələlik bəlli deyil. Mehmet Altıparmak ardıcıl 3 klubu yüksək liqaya çıxarmaqla tarixə düşüb.

Vaxtilə ölkəmizdə "Qarabağ" və "Qəbələ"də çalışmış Fatih Kavlak idman direktoru, keçmiş müdafiəçi Gökhan Zan isə köməkçi məşqçi vəzifəsinə gətirilib.

Qeyd edək ki, "Hatayspor"un "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanova təklif göndərdiyi, lakin “yox” cavabı aldığı iddia olunur.