18:00 20-07-2020
news_image
182
FUTBOL

"Yuventus" yenidən maraqlanır - Zidanla

"Yuventus" yenidən "Real"ın baş məşqçisi Zinəddin Zidana maraq göstərir.

Apasport.az saytının məlumatına görə, Turin təmsilçisi mövsümün sonunda baş məşqçi postunda dəyişiklik etməyi planlaşdırır.

Mauritsio Sarrinin futbolçularla münasibətindən məmnun qalmayan rəhbərlik onu məhz Zidanla əvəzləmək fikrindədir. "Qoca sinyora" rəsmiləri bununla bağlı tezliklə fransalı mütəxəssisin menecerinə təklif göndərəcək. Bir müddət əvvəl də italyanlar sabiq oyunçusunu baş məşqçi postuna gətirmək istəsə də, danışıqlar uğursuz nəticələnmişdi.

Qeyd edək ki, "Real"la müqavilə müddəti 2022-ci ilin yayına qədər olan Zinəddin Zidanın illik məvacibi 13 milyon avrodur.