20:40 20-07-2020
news_image
225
FUTBOL

Daha 4 futbolçusu ilə bağlı qərarını verdi - "Səbail"

"Səbail" daha futbolçusu ilə yeni müqavilə bağlayıb.

Apasport.az xəbər verir ki, bu barədə Bakı təmsilçisi feysbuk səhifəsində paylaşım edib.

Bildirilir ki, Rauf Əliyev, Mabidi Çikito Lema, Elxan Əhmədov və Kamal Bayramovun müqaviləsi 2020/2021-ci il mövsümünün sonunadək uzadılıb. 

Bununla da klubdakı futbolçuların sayı 10-a çatıb. Baş məşqçi Aftandil Hacıyevi komandada saxlayan "Səbail" Məqsəd İsayevi transfer edib, Orxan Qurbanlı, Bahadur Həziyev, Elçin Rəhimli, Peyman Keşavarz və Adil Nağıyevlə müqaviləni 1 illiyə yeniləyib.