22:23 20-07-2020
news_image
230
FUTBOL

La Liqanın ən dəqiqi - Kroos

İspaniya La Liqasında 2019/20 mövsümünün ən dəqiq ötürmə verən futbolçularının adları müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, mövsümün ən dəqiqi "Real"ın yarımmüdafiəçisi Toni Kroos olub. Almaniyalı orta sahə oyunçusu 93,49 faizlik dəqiqlik nümayiş etdirib. Kroosun 2336 ötürməsindən 2184-ü ünvana çatıb.

İkinci sırada "Barselona"nın müdafiəçisi Jerar Pike qərarlaşıb (91,75 faiz). İlk "üçlüy"ü isə "Barselona"nın yarımmüdafiəçisi Serxio Buskets tamamlayıb. Onun ötürmə dəqiqliyi isə 89,66 faiz olub.

Qeyd edək ki, La Liqada "Real" mövsümü çempion kimi tamamlayıb, "Barselona" isə ikinci yeri tutub.