23:09 20-07-2020
news_image
230
FUTBOL

"Yaventus"un Lyakazett israrı - pul və futbolçu

"Yaventus" "Arsenal"ın hücumçusu Aleksandr Lyakazettin transferində israrlıdır.

Apasport.az saytının məlumatına görə, klublar 29 yaşlı forvardın keçidi ilə bağlı danışıqları davam etdirir.

"Yuventus" artıq ilk rəsmi təklifini də edib. "Qoca sinyora" müəyyən məbləğdə pul və yarımmüdafiəçisi Adrien Rabyonu qarşı tərəfə verməyə hazırdır. London klubu hələlik bu təklifi cavablandırmasa da, Lyakazettin gedişi zamanı gəlir əldə etməyi düşünür.

Qeyd edək ki, Aleksandr Lyakazett 2017-ci ildən "Arsenal"da çıxış edir.