00:05 21-07-2020
news_image
212
FUTBOL

Baş məşqçi istefası - "Trabzonspor"da

"Trabzonspor"da gözlənilməz ayrılıq yaşanıb.

Apasport.az saytının məlumatına görə, baş məşqçi Hüseyn Çimşir istefaya göndərilib.

Klub rəsmi saytı vasitəsilə baş məşqçi ilə yollarını ayırdığını bəyan edib. 41 yaşlı mütəxəssisin gələn ilin yayına qədər olan müqavilə müddəti qarşılıqlı razılıqla ləğv olunub. Bununla mövsümün gedişində bu posta təyin olunan Çimşirin "Trabzonspor"dakı erası 22 oyun çəkib.

Qeyd edək ki, Türkiyə Super Liqasında çempionluqdan əli üzülən "Trabzonspor" son tur öncəsi 2-ci pillədə qərarlaşır.