09:05 21-07-2020
news_image
298
FUTBOL

Özünə yeni klub axtarır - 38 yaşlı sabiq "Səbail"li

"Səbail"in sabiq futbolçusu Maykl Essyen karyerasını bitirmək niyyətində deyil.

Apasport.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.

Bildirilir ki, Azərbaycan klubundan yenicə ayrılan qanalı ulduz futbolçunun 38 yaşı olmasına baxmayaraq, futboldan getmək fikri yoxdur. Məşhur yarımmüdafiəçi hazırda özünə yeni komanda axtarır.

Qeyd edək ki, Maykl Essyen ötən ilin martından 2019/20 mövsümünün sonuna qədər "Səbail"in formasını geyinib.