09:59 21-07-2020
news_image
331
FUTBOL

Uğursuz "11-lik" - La Liqada

İspaniya La Liqasında başa çatan 2019/20 mövsümünün ən uğursuz "11-liy"i seçilib.

Apasport.az xəbər verir ki, "Marca"nın müəyyənləşdirdiyi heyətə "Real" və "Barselona"nın da futbolçuları düşüb.

"Kral klubu"nun hücumçusu Luka Yoviçlə kataloniyalıların forvardı Antuan Qrizmann ən uğursuzlar sırasında qərar tutub. Həmçinin "Atletiko" tarixinin ən bahalı transferi Joao Feliksə də siyahıda yer tapılıb.

Ən uğursuz "11-lik":
Yasper Sillessen ("Valensiya") - Tyerri Korreya ("Valensiya"), Fernando Kalero ("Espanyol"), Junior Firpo ("Barselona"), Roni Lopes ("Sevilya") - Denis Suares ("Selta"), Matias Varqas ("Espanyol"), Joao Feliks ("Atletiko") - Antuan Qrizmann ("Barselona"), Luka Yoviç ("Real"), Borxa İqlesias ("Betis").

Qeyd edək ki, "Real" La Liqada mövsümü çempion kimi tamamlayıbsa, "Barselona" 2-ci, "Atletiko" isə 3-cü yeri tutub.