10:18 21-07-2020
news_image
137
FUTBOL

Vaxtı dəqiqləşdi - Azərbaycan – Fransa oyununun

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin növbəti oyununun məkanı və başlama saatı müəyyənləşib.

Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, yığmamız Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Fransanı sentyabrın 7-də qəbul edəcək.

Qarşılaşma Sumqayıt şəhərindəki “Kapital Bank Arena”da keçiriləcək və saat 21:00-da başlayacaq.

Qeyd edək ki, yer aldığı 2-ci qrupda keçirdiyi 6 oyunda 6 xal toplayan U-21 millimiz 5-ci pillədə qərarlaşır.