10:25 21-07-2020
news_image
259
FUTBOL

Futbolçusu ilə müqaviləni pozdu - "Sabah"

"Sabah"da daha bir futbolçu ilə bağlı qərar verilib.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi Elgün Nəbiyev paytaxt klubunu tərk edib.

Baş məşqçi postunda dəyişiklik edən "Sabah" rəhbərliyi 24 yaşlı Nəbiyevin gələn ilin yayına qədər olan müqaviləsinə qarşılıqlı razılıqla xitam verib.

Qeyd edək ki, "Sabah" buna qədər baş məşqçi Jelko Sopiç də daxil olmaqla, futbolçulardan Marko Deviç, Cavid İmamverdiyev, Kərim Diniyev, Rəşad Eyubov, Məqsəd İsayev və Vadim Abdullayevlə yollarını ayırıb. Baş məşqçi postuna isə Visente Qomes gətirilib.