
15:03
Avropa Liqasında debüt edəcək "Sumqayıt" təlim-məşq toplanışını Qəbələdə davam etdirir.
Apasport.az saytının məlumatına görə, "gənclik şəhəri" təmsilçisi" ən azı 3 yoxlama görüşü keçirməyi planlaşdırır.
İlk iki oyundakı rəqiblər və maçların tarixi artıq məlumdur. "Kimyaçılar" əvvəlcə iyulun 26-da Avropa Liqasındakı digər təmsilçimiz "Neftçi" ilə yoxlama görüşündə üz-üzə gələcək. Baş məşqçi Ayxan Abbasov ayın 30-da isə "Sabah"la qarşılaşmada yetirmələrini sınayacaq.
Qeyd edək ki, "Sumqayıt" 2019/20 mövsümündə Premyer Liqanı 4-cü pillədə bitirərək Avropa Liqasına vəsiqə qazanıb.