13:28 21-07-2020
news_image
234
FUTBOL

7-ci ayrılıq - "Səbail"də

"Səbail" daha bir futbolçusu ilə yollarını ayırıb.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi Aqşin Qurbanlı gələn mövsümdən məşqçilər korpusunun ixtiyarında olmayacaq.

Klub müqavilə müddəti başa çatan 24 yaşlı oyunçu ilə əməkdaşlıqda maraqlı olmayıb. Bu üzdən Qurbanlıya azad agent statusu verilib.

Bu, "Səbail"in yay fasiləsində 7-ci ayrılığı olub. Qəsəbə təmsilçisi həmçinin Fəhmin Muradbəyli, Ruslan Hacıyev, Eltun Yaqublu, Şəhriyar Rəhimov, Maykl Essyen və Eriko da Silvanı da yola salıb.

Qeyd edək ki, Aqşin Qurbanlı geridə qalan mövsüm Premyer Liqada 2 oyun keçirib.