15:28 21-07-2020
news_image
133
FUTBOL

Sabiq prezidentlər namizədliyini verəcək - "Barselona"da

"Barselona"da gələn il təşkil ediləcək prezident seçkiləri gərgin keçəcək.

Apasport.az saytının məlumatına görə, artıq 3 nəfər namizədliyini irəli sürmək fikrindədir.

Hazırkı rəhbər Xosep Bartomeu ilə yanaşı, keçmiş prezidentlər Joan Laporta və Sandro Rosel də yenidən bu posta iddialıdırlar. Laporta 2003-2010-cu illərdə kataloniyalılara başçılıq edibsə, onu əvəzləyən Rosel braziliyalı Neymarın transferindəki qalmaqallı məsələ ilə diqqət çəkib, 2017-ci ildə isə həbs olunaraq, 2 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hazırkı prezident Bartomeu Roselin dönəmində vitse-prezident vəzifəsini icra edib.