15:34 21-07-2020
news_image
144
FUTBOL

2 mövsümdə 2 oyun keçirən futbolçusunu icarəyə verdi – “Neftçi”

"Neftçi"də daha bir futbolçu ilə bağlı qərar verilib.

Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, yarımmüdafiəçi Turan Vəlizadə icarəyə verilib.

19 yaşlı futbolçu növbəti mövsümü digər avrokubok iştirakçısı "Keşlə"də keçirəcək. Vəlizadə "Neftçi"ni "Keşlə"yə dəyişən 3-cü oyunçu olub. "Ağ-qaralar" Rəhman Hacıyevi də qarşı tərəfə icarəyə veribsə, Tural Axundov azad agent kimi qəsəbə təmsilçisinə qoşulub.

Qeyd edək ki, Turan Vəlizadə "Neftçi”də keçirdiyi 2 mövsüm ərzində əsas komandada 2 oyun keçirib.