16:37 21-07-2020
news_image
570
FUTBOL

4 oyuna La Liqada saxladı, yola salındı - baş məşqçi

İspaniya klubu "Alaves" baş məşqçi Xuan Munislə yollarını ayırıb.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İyulun 5-də Asyer Qaritanonun qovulmasından sonra baş məşqçi postuna gətirilən Munis "Real" və "Barselona"ya məğlubiyyətə baxmayaraq, digər iki matçda 4 xal toplayaraq, "Alaves"i elitada saxlayıb. Buna baxmayaraq, rəhbərlik onun qalmasında maraqlı olmayıb.

Qeyd edək ki, "Alaves" geridə qalan mövsümü 39 xalla 16-cı pillədə tamamlayıb.