17:54 21-07-2020
news_image
398
FUTBOL

Komanda sayı artırılmayacaq - Premyer Liqada

Rusiya Premyer Liqasında 2020/21 mövsümündə komanda sayı artırılmayacaq.

Apasport.az saytının məlumatına görə, növbəti mövsüm də çempionatda 16 komanda iştirak edəcək.

Ruslar bir müddət əvvəl komanda sayının 18-ə yüksəldilməsini müzakirəyə çıxarsalar da, bu baş verməyəcək. Rusiya Futbol İttifaqının İcraiyyə Komitəsinin növbəti iclasında bu məsələ heç müzakirə mövzusu da olmayacaq.

Qeyd edək ki, Rusiya Premyer Liqasında sona 1 tur qalmış "Zenit" çempionluğu, "Lokomotiv" isə gümüş mükafatı təmin edib.