22:28 21-07-2020
news_image
363
FUTBOL

Yeni Premyer Liqa rekordu - Qvardioladan

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola yeni Premyer Liqa rekordu müəyyənləşdirib.

Apasport.az saytının məlumatına görə, ispaniyalı mütəxəssis XXXVII turda "Uotford"la səfər qarşılaşmasında buna nail olub.

Cari mövsüm Pep start heyətində 143 dəyişiklik edib ki, bununla "Mançester Yunayted"in əfsanəvi çalışdırıcısı Aleks Ferqyusonun rekordunu qırıb. Şotlandiyalı mütəxəssis 2008/09 mövsümündə start "11-liy"ində 140 dəyişikliyə əl atıb.

Mövsüm ərzində ən çox dəyişiklik edən məşqçilər:
1. Pep Qvardiola ("Mançester Siti". 143 dəyişiklik - 2019/20 mövsümü)
2. Aleks Ferqyuson ("Mançester Yunayted". 140 - 2008/09)
3. Stiv Maklaren ("Midlsbro". 136 - 2005/06)
4-5. Aleks Ferqyuson ("Mançester Yunayted". 135 - 2012/13)
4-5. Yurgen Klopp ("Liverpul". 135 - 2017/18).