23:57 21-07-2020
news_image
208
FUTBOL

"Yuventus"a "yox" dedi - Zapata

"Yuventus" "Atalanta"nın hücumçusu Duvan Zapatanı transfer edə bilməyəcək.

Apasport.az saytının məlumatına görə, klublar arasında danışıqlar uğursuz nəticələnib.

Turin təmsilçisi 29 yaşlı forvardın keçidi üçün 30 milyon avro və qapıçısı Matteo Perini təklif edib. Lakin "Atalanta" buna "yox" cavabını verib. Berqamo təmsilçisi Kolumbiya millisinin üzvünün satışından ən azı 50 milyon avro qazanmaq niyyətindədir.

Qeyd edək ki, "Atalanta" Duvan Zapatanı 2018-ci ildə 26 milyon avro qarşılığında "Sampdoriya"dan transfer edib.