10:27 22-07-2020
news_image
116
FUTBOL

XXI əsrin ən uğursuz mövsümü - "Arsenal"da

İngiltərə Premyer Liqasının XXXVII turunda "Aston Villa"ya məğlub olan "Arsenal" (0:1) mövsümü 8-ci pillədən yuxarıda bitirmək şansını əldən verib.

Apasport.az saytının məlumatına görə, bu, London klubunun XXI əsrdə ən uğursuz mövsümü olub.

"Topçular"ın buna qədər ən uğursuz nəticəsi 1994/95 mövsümündə 12-ci yeri tutması idi. Komanda son turda qalib gəlsə belə, ən yaxşı halda 8-ci yerdə qərarlaşacaq.

Qeyd edək ki, Mikel Artetanın yetirmələri hazırda 53 xalla 10-cu pillədə yer alır.