11:14 22-07-2020
news_image
288
FUTBOL

Mini-turnir planı niyə baş tutmadı? - PFL-in

Peşəkar Futbol Liqasının (PFL) Qəbələdə mini-turnir təşkil etmək planı baş tutmayıb.

Apasport.az saytının məlumatına görə, buna səbəb klubların fərqli proqram tərtib etməsidir.

Təlim-məşq toplanışı üçün İdman və Gənclər Nazirliyi tərəfindən icazə alındıqdan sonra PFL rəhbərliyi yeni mövsümə hazırlıq çərçivəsində Premyer Liqa təmsilçiləri arasında Qəbələdə turnir keçirmək niyyətində idi. Ancaq elita təmsilçiləri buna müsbət yanaşmayıb.

Avrokuboka və çempionata hazırlaşanlar fərqli vaxtlarda toplanışa başlayıb. Üstəlik, hər klub öz proqramına əsasən hazırlaşmağa üstünlük verib. "Keşlə" Şamaxıda, digərləri isə Qəbələdə toplanışdadır və komandalar öz aralarında yoxlama görüşləri keçirməyə başlayıblar.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında 2020/21 mövsümünün avqustun 14-də startı planlaşdırılır.