11:45 22-07-2020
news_image
168
FUTBOL

"İnter" futbolçusunu satır - 13 milyona

"İnter" yarımmüdafiəçisi Joao Marionu komandada saxlamayacaq.

Apasport.az saytının məlumatına görə, Moskva "Lokomotiv"ində icarə əsasında çıxış edən portuqaliyalı futbolçu mövsümün sonunda İtaliyaya qayıdacaq.

Rusiya təmsilçisi Çempionlar Liqasına vəsiqə qazanmasına baxmayaraq, onun 18 milyon avroluq təzminat haqqını ödəmək fikrində deyil. Mario həmçinin İtaliya klubunun da gələcək planında yer almır. Bu üzdən "İnter" 27 yaşlı oyunçusunu 13 milyon avroya transferə çıxarıb.

Qeyd edək ki, Joao Marionun "İnter"lə müqavilə müddəti 2022-ci ilin yayına qədərdir.