13:22 22-07-2020
news_image
85
FUTBOL

“Məqsədimiz bu ideologiyanı futbolçulara aşılamaqdır” - Tahir Gözəl

"Qarabağ" olaraq əsas məqsədimiz Qarabağ həqiqətlərini tanıtmaqdır. İlk məqsədimiz də bu ideologiyanı futbolçulara aşılamaqdır".

Apasport.az saytının məlumatına görə, bunu "Qarabağ"ın prezidenti Tahir Gözəl deyib.

Klubun mətbuat xidmətinə danışan Gözəl iyulun 12-dən Tovuz rayonu istiqamətində Ermənistanın başlatdığı növbəti hərbi təxribatları ağdamlıların sabiq əcnəbi futbolçularının qınamasına münasibət bildirib.

O, hadisəyə biganə qalmayan və öz sosial şəbəkələrində Azərbaycanın yanında olduqlarını vurğulayan həmin legionerlərə təşəkkürünü bildirib: "Sevindirici haldır ki, klubumuzdan ayrılan legionerlər Qarabağ həqiqətlərini təbliğ edir və qarabağlı olduğunu göstərirlər. Hər birinə təşəkkür edirəm ki, bir dünya vətəndaşı kimi bu təxribatlara laqeyd yanaşmırlar".