13:58 22-07-2020
news_image
431
DİGƏR NÖVLƏR

Azad Rəhimovdan təbrik - Milli Mətbuat Günü ilə bağlı

Gənclər və idman naziri Azad Rəhimov Milli Mətbuatın 145 illiyi ilə münasibətlə KİV nümayəndələrini təbrik edib.

Apasport.az saytının məlumatına görə, nazir jurnalistika sahəsində çalışanlara gələcək fəaliyyətində uğurlar arzulayıb. 

“Gənclər və İdman Nazirliyinin həyata keçirdiyi layihələrin işıqlandırılmasında, onlar haqqında məlumatların ictimaiyyətə operativ, dolğun şəkildə çatdırılmasında hər birinizin müstəsna rolu var. Dostluğunuz, əməkdaşlığınız üçün sizə təşəkkür edir, can sağlığı, gələcək fəaliyyətinizdə uğurlar arzu edirəm! Bayramınız mübarək!", - deyə nazir bildirib.