14:01 22-07-2020
news_image
173
FUTBOL

Abidalın istəyi - Loran Blan

Fransa milisinin və PSJ-nin keçmiş baş məşqçisi Loran Blan "Barselona"nı çalışdıra bilər.

Apasport.az saytının məlumatına görə, Kataloniya klubunun hazırda bu posta ən real namizədi məhz fransalıdır.

54 yaşlı mütəxəssis özü bu təyinatda maraqlıdır. Klubun idman direktoru Erik Abidal isə Kike Setyenin mövsümün sonunda yola salınıb, məhz onun bu posta gətirilməsinə çalışır. Abidal həmyerlisinin "Barselona"ya uyğun olduğunu düşünür. Blan 2016-cı ildən işsiz olduğundan, kataloniyalıları çalışdırmaq üçün böyük maaş da tələb etmir.

Qeyd edək ki Loran Blan 1996-97-ci illərdə "Barselona"da çıxış edib.