16:28 22-07-2020
news_image
275
FUTBOL

İbrahimoviçlə bağlı qərar dəyişir - "Milan"da

"Milan"ın hücumçusu Zlatan İbrahimoviç komandada qala bilər.

Apasport.az saytının məlumatına görə, isveçli forvard gələn mövsümü də "rossonyerlər"in heyətində keçirmək arzusundadır.

Stefano Piolinin baş məşqçi postunda qalması 39 yaşlı superulduzun istəyinin reallaşmasına səbəb ola bilər. Çünki Pioli veteran oyunçunun xidmətində hələ də maraqlıdır. Klub rəhbərliyi də müsbət cavab verərsə, İbra yeni müqavilə imzalayacaq.

Qeyd edək ki, "Milan"a bu ilin yanvarında qayıdan Zlatan İbrahimoviç A seriyasında 15 oyun keçirib, 7 qol, 2 assistlə yadda qalıb.