16:54 22-07-2020
news_image
232
FUTBOL

Futbolçusunu icarəyə verir - "Real"

"Real" yarımmüdafiəçisi Reynieri icarəyə verməyə hazırlaşır.

Apasport.az saytının məlumatına görə, "Valyadolid"dən sonra indi də "Bayer" 18 yaşlı orta sahə oyunçusunu heyətinə qatmaq fikrinə düşüb.

"Kral klubu" rəhbərliyi braziliyalının Almaniyada daha yaxşı inkişaf edəcəyini düşünür. Bu üzdən onun "Bayer"ə icarəyə verilməsi inandırıcı görünür. Klublar arasında bununla bağlı danışıqlar davam etdirilir.

Qeyd edək ki, bu ilin yanvarında "Flamenqo"dan 30 milyon avroya transfer edilən Reynier "Kastilya"nın heyətində keçirdiyi 3 oyunda 2 qol vurub.