17:27 22-07-2020
news_image
614
DİGƏR NÖVLƏR

Prezident İlham Əliyev "APA Group"un 5 əməkdaşını mükafatlandırdı

Prezident İlham Əliyev Milli Mətbuatın yaranmasının 145 illiyi münasibəti ilə Kütləvi İnformasiya Vasitələri əməkdaşlarının təltif olunması haqqında sərəncamlar imzalayıb.

APA-nın məlumatına görə, təltif olunanlar arasında “APA Group”un 5 əməkdaşı da var.

Dövlət başçısının sərəncamları ilə Abışova Vüsalə Mahir qızı və Ağayarov Şərif Ziyadxan oğlu “Tərəqqi” medalı, Cürənov Ramiz Mikayıl oğlu və Həsənov Vüqar Hüseynəli oğlu “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib, Həmidi Sevinc Vaqif qızına isə “Əməkdar Jurnalist” adı verilib.