18:00 22-07-2020
news_image
200
FUTBOL

Yeni müqavilə təklifi - "Arsenal"dan

"Arsenal"ın hücumçusu Pyerr-Emerik Obameyanq komandada qala bilər.

Apasport.az saytının məlumatına görə, London təmsilçisi onu saxlamaq niyyətindədir.

"Yuventus"un maraq dairəsində olan 31 yaşlı forvarda "topçular" yeni müqavilə təklif edib. Qabon millisinin üzvü təklifə müsbət cavab versə, həftəlik maaşı 250 min funt-sterlinqə yüksələcək. Ulduz futbolçunun hazırkı müqavilə müddəti gələn ilin yayına qədərdir.

Qeyd edək ki, Obameyanq cari mövsüm 42 oyunda iştirak edib, 25 qol, 2 assistlə yadda qalıb.