22:18 22-07-2020
news_image
177
FUTBOL

Baş məşqçi ilə yeni müqavilə - A seriyasında

İtaliya A seriyası təmsilçisi "Verona" baş məşqçisi İvan Yuriçi postunda saxlayıb.

Apasport.az saytının məlumatına görə, 45 yaşlı mütəxəssis daha 3 il kluba rəhbərlik edəcək.

İtalyanlar rəsmi sayt vasitəsilə xorvatiyalı çalışdırıcı ilə 2023-cü ilin yayına qədər müqavilə imzalandığını bəyan edib. Yuriç "Verona"ya cari mövsümün əvvəlində gətirilib.

Qeyd edək ki, "Verona" 34 turdan sonra 45 xalla 9-cu pillədə qərarlaşır.