
14:44
"Real" yarımmüdafiəçisi Oskar Rodrigesi satır.
Apasport.az saytının məlumatına görə, 22 yaşlı futbolçu "Vilyarreal"a keçməyə hazırlaşır.
"Vilyarreal"ın 20 milyon avroluq transfer təklifinə "kral klubu" müsbət baxır. "Milan", "Sevilya" və "Xetafe"nin də maraq dairəsində olan pleymeykerin "Vilyarreal"a keçidi daha real görünür.
Qeyd edək ki, Oskar Rodrigesi geridə qalan mövsümü icarə əsasında "Leqanes"də keçirib.