00:46 23-07-2020
news_image
175
FUTBOL

Ən uğursuz göstəricisi - Lempardın

İngiltərə Premyer Liqasının XXXVII turunda "Liverpul"la səfərdə keçirilən oyun "Çelsi"nin baş məşqçisi Frenk Lempard üçün uğursuz göstərici ilə yadda qalıb.

Apasport.az saytının məlumatına görə, gənc mütəxəssisin rəhbərliyi altında "zadəganlar" ilk dəfə fasiləyə 3 top buraxaraq yollanıb.

Cari mövsüm qapısında 53 top görən London təmsilçisi sona bir tur qalmış ilk "10-luq"dakı komandalar arasında ən çox qol buraxan kollektivdir. Hazırda davam edən görüşdə "Liverpul" 4:2 hesabı ilə öndədir.

Qeyd edək ki, "Çelsi" bugünkü qarşılaşmada məğlub olarsa, 63 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşacaq.