11:19 23-07-2020
news_image
140
FUTBOL

Müdafiəçisini Rusiyadan qaytarır - "Sumqayıt"

Avropa Liqasına Qəbələdə hazırlaşan "Sumqayıt" heyətin komplektləşməsi prosesini də davam etdirir.

Apasport.az saytının məlumatına görə, "gənclik şəhəri" təmsilçisi müqavilə müddəti başa çatan oyunçularla danışıqları intensivləşdirib.

Müdafiəçi Cəmaləddin Xocaniyazov isə sözləşməsi gələn ilin yayına qədər olmasına baxmayaraq, hələ də ölkəsi Rusiyadadır. Lakin "kimyaçılar" 24 yaşlı arxa xətt oyunçusunu ölkəmizə gətirməyin yollarını axtarır. Futbolçunun özü ilə də danışıqlar aparılır. Xocaniyazovun yaxın müddətdə Azərbaycana qayıtması və "Sumqayıt"a qoşulması gözlənilir.

Qeyd edək ki, Avropa Liqasının I təsnifat mərhələsindən mübarizəyə qoşulacaq "Sumqayıt" hələlik yalnız Tellur Mütəllimov və Elvin Məmmədovu heyətinə cəlb edib.