12:15 23-07-2020
news_image
122
FUTBOL

İngiltərəyə qayıtmaqdan imtina etdi - Cerrard

"Liverpul"un əfsanəvi kapitanı Stiven Cerrardın İngiltərədə çalışmaq variantı yaranıb.

Apasport.az saytının məlumatına görə, "Bristol Siti" "Reyncers"in baş məşqçisinin xidmətində maraqlı olub.

Çempionşip təmsilçisi bununla bağlı Cerrarda rəsmi təklif də göndərib. Lakin 40 yaşlı çalışdırıcı bu təkliflə maraqlanmadığını, Şotlandiya təmsilçisini tərk etməyəcəyini bildirib.

Qeyd edək ki, Stiven Cerrard 2018-ci ildən "Reyncers"ə rəhbərlik edir.