13:51 23-07-2020
news_image
131
FUTBOL

Lippi İtaliyaya qayıtdı - texniki direktor kimi

İtaliya millisinin sabiq baş məşqçisi Marçello Lippi yenidən ölkəsində çalışacaq.

Apasport.az saytının məlumatına görə, 72 yaşlı mütəxəssis İtaliya Futbol Federasiyasına təyin olunacaq.

Lippi qadınlar da daxil olmaqla, İtaliyanın bütün milli komandalarının texniki direktoru vəzifəsində fəaliyyət göstərəcək. Onun gələcəkdə İtaliya Məşqçilər Assosiasiyasına rəhbərlik etməsi gözlənilir.

Qeyd edək ki, DÇ-2006-da İtaliya yığmasına dünya çempionluğunu qazandıran Marçello Lippi son olaraq 2016-2019-cu illərdə Çin millisini çalışdırıb.