14:29 23-07-2020
news_image
170
FUTBOL

İspaniyaya qayıtdı - Unay Emeri

Unay Emeri yenidən İspaniyada çalışacaq.

Apasport.az saytının məlumatına görə, "Vilyarreal" 49 yaşlı mütəxəssisi təqdim edib.

Məlumatda bildirilib ki, ispaniyalı çalışdırıcı yeni komandası ilə 3 illik müqavilə imzalayıb. Bununla Emeri komandadan ayrılan Xavyer Kalyexini əvəzləyib. Komanda geridə qalan mövsüm La Liqada 5-ci yeri tutaraq Avropa Liqasının qrupuna vəsiqə qazanıb.

Qeyd edək ki, Unay Emeri buna qədər ölkəsində "Valensiya" və "Sevilya"da çalışıb, 3 dəfə Avropa Liqasının qalibi olub.