15:00 23-07-2020
news_image
183
FUTBOL

Buraka Fransadan təklif - baş məşqçi təsdiqlədi

"Beşiktaş"ın hücumçusu Burak Yılmaz yenidən legioner həyatı yaşaya bilər.

Apasport.az saytının məlumatına görə, "Lill" klubu 35 yaşlı forvardın transferində maraqlıdır.

2016-2017-ci illərdə Çində çıxış edən Türkiyə millisinin üzvünün Fransaya köçməsi real görünür. "Lill" klubunun baş məşqçisi Kristof Qaltyer də bunu təsdiqləyib. O, Burakla danışıqların davam etdiyini söyləyib: "Bəli, Burakla maraqlanırıq. Gəlib-gəlməyəcəyini görəcəyik. Joze Fonte də o yaşda gəlib özünü doğrultmuşdu. Burakı idman direktorumuz Luis Kampos məsləhət gördü, mən də müsbət cavab verdim".

Qeyd edək ki, Burak Yılmazın "Beşiktaş"la müqavilə müddəti gələn ilin yayına qədərdir.