15:50 23-07-2020
news_image
144
FUTBOL

Rahid Əmirquliyevlə bağlı qərarını verdi – “Səbail”

"Səbail"də daha bir futbolçunun taleyinə aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, kapitan Rahid Əmirquliyevlə yeni müqavilə imzalanıb.

Bir müddətdir rəhbərliyin danışıq aparan yarımmüdafiəçi, nəhayət ki, yeni sazişə qol çəkib. Razılığa əsasən, 31 yaşlı orta sahə oyunçusu 2020/21 mövsümün "Səbail"in heyətində keçirəcək.

Qeyd edək ki, "Səbail" buna qədər Orxan Qurbanlı, Bahadur Həziyev, Elçin Rəhimli, Peyman Keşavarz, Adil Nağıyev, Rauf Əliyev, Mabidi Çikito Lema, Elxan Əhmədov və Kamal Bayramovla da yeni müqavilə bağlayıb.